2023-cü ildə ən çox gəlir əldə edən futbolçular açıqlanıb
2023-cü ildə ən çox gəlir əldə edən futbolçular bəlli olub. "Forbes"in araşdırmasına görə, birinci pillədə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldu qərarlaşıb. 38 yaşlı hücumçu cari ildə 260 milyon avro qazanıb. Argentina yığmasının və ABŞ-nin "İnter Mayami" komandasının üzvü Lionel Messi 135 milyon avro ilə ikinci, Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun forvardı Neymar isə 112 milyon avro ilə üçüncüdür.
Fərid Mehdiyev