2022-ci ilin ən yaxşılarının adları bəlli olub
FIFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb. Titula sahib çıxan Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni səkkiz xal qabaqlayıb. Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplaya bilib. Üçüncü sıradakı İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzemanın 34 xalı var.
Nərgiz Camalzadə