2022-ci ilin ən yaxşı kişi qapıçıları bəlli olub
FIFA 2022-ci ilin ən yaxşı kişi qapıçısı nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb. 3 nəfərlik yekun siyahıda, Mərakeş millisi və Sevilyanın qapıçısı Yassin Bunu, Belçika yığması və Real Madridin qolkiperi Tibo Kurtua, eləcə də Argentina millisi ilə dünya çempionu adını qazanan Aston Villanın çərçivə qoruyucusu Emiliano Martines yer alıb.
Nərgiz Camalzadə