2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu müəyyənləşib
2020-12-08 18:09
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu müəyyənləşib. FİFA iki il sonrakı mundial üçün 700 milyon dollar ayıracaq. Bu məbləğ 2018-ci ildə Rusiyada baş tutan mundialla müqayisədə 22 faiz çoxdur. Turnirə vəsiqə qazanacaq hər iştirakçıya 12 milyon dollar ödəniləcək. Bu məbləğin 10 milyonu iştiraka görə, 2 milyonu isə bonus olaraq veriləcək. Mundialda bürünc mükafatçının qazancı 30 milyon olacaqsa, finalçı 40, çempion isə 50 milyon dollara sahib çıxacaq. Çempionatın Avropa zonasının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.
Fərid Mehdiyev