2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
2021-02-12 14:00
2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib. Yarış iyunun 12-də saat 15-də başlayacaq. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının yayımladığı yarış proqramında qeyd olunub. İyunun 10-da saat 15-də və 18-də iki sərbəst yürüş təşkil olunacaq. Növbəti gün üçüncü sərbəst yürüş, təsnifat mərhələsi olacaq. Formula 1-in builki mövsümü rekorda sayda - 23 mərhələdən ibarət olacaq.
Nərgiz camal