2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb
2021-11-27 10:06
2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib. Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq. Ştefan Kuntsun baş məşqçi olduğu kollektiv finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.
Fərid Mehdiyev