2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək
2021-04-23 10:13
UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək. Ölkəmizi turnirdə təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə qarşılaşacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.
Fərid Mehdiyev