2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılıb
2021-06-13 12:08
Bu gündən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılıb. İyunun 20-də saat 18-də rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyunda müsabiqələrin keçirilməsi planlaşdırılır. 5 iyul saat 11-dən etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi prosesinə başlanılacaq.
Vüsalə camal