2021-ci ilin ən yaxşı yığma baş məşqçisi açıqlanıb
2021-12-06 10:11
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb. Bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb. 57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. İtaliya yığması bu il keçirilən Avropa çempionatının qalibi olub.
Vüsalə camal