2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb
2020-05-02 16:07
2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb. Yarış 2023-cü ildə olacaq. Qərar idmançıların 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlaşması üçün qəbul olunub. Xatırladaq ki, ötən il Dünya Çimərlik Oyunları Qətərdə baş tutub. Yarışa 7 idmançı ilə qatılan Azərbaycan komandası 5 medal qazana bilib.
Vəfa Şairova