2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub
2020-10-21 17:08
2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub. Siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 - 25 apreldə təşkili nəzərdə tutulub. Martın 14-də Bəhreyndə start verilməsi planlaşdırılan gələn mövsüm 22 yarışdan ibarət olacaq. bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə olacağı gözlənilir.
Fərid Mehdiyev