2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək
2020-12-28 18:04
2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin o, eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 il keçdikdən sonra dəyişə bilər.
Vüsalə Camal