2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ləğv oluna bilər
2020-04-28 12:07
2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ləğv oluna bilər. Bunu yarışın Təşkilat Komitəsinin prezidenti Yoşiro Mori açıqlayıb. Onun sözlərinə görə, Olimpiadanın təxirə salınmasına səbəb olan koronavirus pandemiyası nəzarətə götürülməsə dördilliyin mötəbər yarışı ləğv olunacaq. 2021-ci il iyulun 23-də start götürməli olan yarışın yenidən təxirə salınması mümkün deyil.
Vəfa Şairova