2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Parolimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb
2020-08-03 14:08
Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Parolimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb. Bu barədə yarışın Təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq.
Fərid Mehdiyev