20 mindən artıq şagird Azərbaycan dilindən imtahan verəcək
2021-05-05 14:10
DİM tərəfindən mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan məktəblərin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili imtahanı keçiriləcək. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada aparılacaq. Başlama vaxtı saat 11 olan prosesə 10:45-dən gec gələn şagirdlər buraxılmayacaq.
Nərgiz camal