20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edildi
2021-01-10 14:00
20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəliyindən bildirilib. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır. Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.
Nərgiz camal