2 qazimiz müalicələrini tamamlayaraq Vətənə qayıdıblar
Ağır yaralanan iki qazimiz – Kənan Nəsirov və Bəxtiyar İsmayılov Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək. Bu günə qədər 178 qazimiz müalicə üçün qardaş ölkəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Nərgiz Camalzadə