2 nəfər narkotikə görə tutuldu
Abşeronda keçmiş məhkum narkotikə görə tutulub. Bakı şəhər sakini olan Əli Babayevdən 59 qramdan artıq, idarə etdiyi avtomobildən isə 2 kiloqram 115 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Göyçayda isə Masallı sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Elməddin Rzayevdən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev