2 nəfər dəm qazından boğularaq ölüb
Qubanın Xaltan kənd sakini 20 yaşlı Sədaqət Ramazanova hamam otağında dəm qazından zəhərlənmə nəticəsində ölüb.
Bakının Xəzər rayonu, Binə Südçülük savxozunda isə 2013-cü il təvəllüdlü Mədinə İsmayılova evdə dəm qazı səbəbilə zəhərlənərək həyatını itirib.
Vüsalə Cənnətova