2-ci liqa darmadağınlarla start götürüb
Futbol üzrə Azərbaycan 2-ci liqasında 10-cu tura start verilib. İlk oyun günündə 3 görüş keçirilib. "Şahdağ Qusar" "Dinamo"nu qəbul edib və 9 cavabsız qolla qalib gəlib. "Qusar" isə səfərdə "Şəfa"nı darmadağın edib - 4:0. "Ağdaş" öz meydanında "Kür-Araz"a uduzub - 0:2. İkinci liqada bu gün daha 4 oyun baş tutacaq. “Lerik” – “Göygöl”ü qəbul edəcək. “Şəmkir” – “Füzuli”nin müqvimətini qırmağa çalışacaq. “Bakı Sportinq” – “Cəbrayıl”la, “Şəki Siti” “Kürmük Qax”la üz-üzə gələcək. İlk iki oyun 14-də, digər iki oyun isə 14.30 - da başlayacaq.
Emin İsazadə