2 avtomobil və motosiklet qaçıran şəxslər yaxalanıb
Ağdamın Quzanlı qəsəbəsindən “VAZ-27175” markalı avtomobil qaçırılıb. Əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Hüseynov soyadlı şəxs avtomobillə birgə saxlanılıb.
Daha bir əməliyyat zamanı rayon ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə yaxalanıb.
Bakıda isə “Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən Salahovu polis motosikletlə birgə saxlayıb.
Fərid Mehdiyev