2 şahmatçımız "Belqrad Open" turnirində iştirak edir
Azərbaycanın 2 şahmatçısı Serbiyada təşkil olunan "Belqrad Open" turnirində iştirak edir. 6 turdan sonra Eltac Səfərli liderlər qrupunda qərarlaşıb. Aktivində 5 xalı olan 32 yaşlı qrosmeyster 1-5-ci yerləri bölüşdürür. Fərid Orucov isə 3 xalla 72-ci sırada yer alıb.
Zülfiyyə Telmanqızı