2 şəxsdə narkotik vasitələr aşkarlanıb
Əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi metamfetamin aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq Yevlax rayon sakini Qabil Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunaraq götürülüb. O İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul edib.
Faktlarla bağlı tədbirlər davam etdirilir.
Fərid Mehdiyev