2 ölkənin mədəniyyət, tarix və turizm diplomatiyasının səfiri hesab olunur
2021-06-15 16:07
Azərbaycan və İran arasındakı Xudafərin körpüləri 2 ölkənin mədəniyyət, tarix və turizm diplomatiyasının səfiri hesab olunur. İranın turizm, mədəni irs və əl işləri sənayesi naziri Əli Əsğər Munesan Şərqi Azərbaycan vilayətində Xudafərin körpüləri ilə tanışlıq zamanı deyib ki, bu körpülər iki ölkənin turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək. "Xudafərin körpülərinin bərpası və beynəlxalq səviyyədə qeydiyyata alınması üçün Azərbaycan tərəfi ilə müzakirələr aparılacaq" deyə nazir əlavə edib.
Nərgiz camal