2 ölkə Yay Olimpiya Oyunlarından imtina etdi
2020-03-23 10:07
Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər. Yaponiyanın baş naziri Sindzo Abenin sözlrinə görə, əgər tam formatda keçirmək mümkün olmasa, Olimpiadanın təxirə salınması mümkündür. Ötən gün Tokio-2020 təşkilatçılarının olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlaması barədə bildirilib. Artıq Kanada və Avstraliya Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirakdan imtina edib.
Fərid Mehdiyev