196 ölkədə axtarılan azərbaycanlı ələ keçirildi
Qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv olan 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İnqilab Babayev Türkiyədə həbs edilib.38 yaşlı İ.Babayevin 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxarılan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olduğu bildirilir. Həmin vaxt aparılan axtarış zamanı 16 kiloqram qızıl aşkarlanmış, faktla bağlı 7 nəfər saxlanılmışdı.
17 aprel 2026

