190 manatı köçürülən işsizlərin adları bu saytda yerləşdirilib
2020-04-11 16:03
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb.
Vəfa Şairova