Canlı
19 yaşlılar Qazaxıstana qarşı

Valentin Qranatkinin xatirəsinə həsr olunan 29-cu beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq. C qrupunda yer alan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 13-də başlayacaq. Komandamız ilk görüşdə Litvaya 1:2 hesabıyla uduzduğundan bu görüşdə mütləq qalib gəlməlidir. Əks halda millimiz mükafatlar uğrunda mübarizə şansını itirəcək.

Orxan Cəfərzadə