18 yaşlı gənc bıçaqlandı
Saatlının Nərimankənd kəndində bıçaqlanma hadisəsi baş verib. Yerli sakin, 18 yaşlı Sadiq Nəsirov bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova