1/8 finala yüksələn Qarabağ UEFA-dan 1,2 milyon avro qazandı
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır. "Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. "Qarabağ" Avropa Liqası oyunlarında ən çox top qazanan komandadır. Azərbaycan çempionunun futbolçuları keçirdikləri 8 qarşılaşmada 350 dəfə topu rəqibdən "oğurlayıblar". "Qarabağ" 1/8 finala yüksəldiyi üçün 1,2 milyon avro qazanıb.
Fərid Mehdiyev