1700-dən çox şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub
2020-01-29 12:08
1700-dən çox şəhid ailəsi üzvü və qazi növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlar kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunurlar. Eyni zamanda, 300 nəfər ictimai işlər və əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin edilib.
Vəfa Şairova