17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq
2020-01-29 16:06
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Bakıda və Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Hazırlıq müddətində yığma fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın "Hellerup" klubu ilə yoxlama oyunları keçirəcək. Toplanışa 25 futbolçu dəvət olunub. Onlardan 3-ü legionerdi.
Vüsalə Camal