17 oktyabr hücumu zamanı Gəncədə dağıntıların sahəsi 400 min kvadrat metr təşkil edib
"Miqyas baxımından Gəncəyə ən qəddar raket hücumu 17 oktyabrda olub". Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki hücum nəticəsində 15 nəfər şəhid olub, 79 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Dağıntıların əhatə dairəsi isə 400 min kvadrat metr təşkil edib. İstintaq zamanı 3 875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, 92 nəqliyyat vasitəsinin yararsız hala salınması müəyyən edilib.