Canlı
16 yaşlı Salyan sakini suda boğulub

2018-08-09 / 12:11

Salyanda daha bir gənc suda boğulub. Hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 16 yaşlı Eldar İbrahimov su kanalında çimərkən batıb. Onun meyiti ətrafda olan insanlar tərəfindən sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova