16 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
2020-04-13 12:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən sutka ərzində qaydaları pozan hərəkət iştirakçısının sayı açıqlanıb. Respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər inzibati məsuliyyətə cəlb edilib. Son 12 gündə isə bu say 16 483 olub.
Vəfa Şairova