16 ədəd ov tüfəngi götürülüb
2021-12-10 16:10
Ötən gün respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb. Polis əməkdaşları tərəfindən Lənkəran, Goranboy, Zərdab, Qəbələ, Şəki, Biləsuvar, Ucar, Quba və Şəmkirdə yerli sakinlərindən qanunsuz saxladıqları müxtəlif markalı tüfənglər aşkar edilib. Faktlar araşdırılır.
Vüsalə camal