Canlı
150 güləşçi 11 çəkidə ən güclünü müəyyənləşdirib

2018-03-08 / 16:04

Gəncədə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş yarışı keçirilib. 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən təşkil olunan yarış daxili birincilik xarakteri daşığından döşək üzərində yalnız bu idman ocağının yetirmələri qüvvəsini sınayıb. Mükafatlar uğrunda 2004-2006-ci il təvəllüdlü idmançılar mübarizə aparıb. Ümumilikdə yarışda 11 çəki dərəcəsi üzrə 150 güləşçi çıxış edib.

Vüsalə Camal