15 yaşlı qız dəm qazından ölüb
Sumqayıtda mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib. Hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində olub. 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Qubada isə 15 yaşlı yeniyetmə qız dəm qazından dünyasını dəyişib. Hacıhüseynli kənd sakini, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. O, xəstəxanada ölüb.
Vüsalə Cənnətova