Canlı
15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə rüsumlar azaldıla bilər

2018-02-14 / 14:01

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə rüsumların azaldılması planlaşdırılır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət rüsumları haqqında” qanuna dəyişikliklərdə 10 iş günü üçün rüsumun 4 manata, 3 günə verilməsi üçün 20 manat, 1 iş günü üçün isə 25 manata salınması nəzərdə tutulur. Hazırda rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir.

Ruhəngiz Hacızadə