Canlı
15 rayonda kənd və qəsəbə adları dəyişdirildi

2018-06-12 / 18:25

Milli Məclisin bu gün keçirilən iclasında “Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlaxın bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” adlı sənədə baxılıb. Layihəyə əsasən, 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilir. Layihə səsə qoyularaq, qəbul olunub.

Vüsalə Camal