15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

2020-08-14 18:06

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Şəki sakini Məhərrəm Tağıyev saxlanılıb. Onun üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi, Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb. Sabunçu rayonunda keçirilən tədbir zamanı Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb və üzərindən 300 qrama yaxın heroin aşkarlanıb. Xətai rayonunda keçirilən daha bir əməliyyat zamanı isə Cəbrayıl sakini Elçin Quliyev tutulub. Ondan 5 qram heroin, 5 qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6 kiloqram heroin və 700 qram tiryək aşkar olunaraq götürülüb.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik