Canlı
15 ildə Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib

2018-10-12 / 08:33

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra tibb ocağının kollektivi ilə görüşdə deyib ki, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır.

Vəfa Şairova