129 nəfər koronavirusa yoluxub, 421 nəfər sağalıb
2020-08-07 18:04
Azərbaycanda koronavirus infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə 3 197 aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872 test aparılıb.
Fərid Mehdiyev