12 ölkənin səyyahlarının azad edilmiş ərazilərə səfərləri başlayıb
Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səyahətçilər bu gün Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət edəcəklər. 30 nəfərlik heyətə 12 ölkənin tanınmış səyyahları daxildir. Sayca 6-cı olan bu səfərdə heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
Vüsalə Cənnətova