12 dekabrdan etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolundan keçidi təmin olunub - Prezident İlham Əliyev

ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Prezident Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabrdan etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Eyni zamanda, Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Ölkəmizin sülh prosesinə sadiq olduğunu qeyd edən Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, təqdim etdiyimiz beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik