11 nəfəri aldadaraq xeyli pul mənimsəyən şəxs saxlanılıb
Elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəyən, paytaxtda yaşayan, Bərdə sakini, 32 yaşlı Xəyal Hüseynov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Nərgiz Camalzadə