11 illik buraxılış imtahanının nəticələri açıqlanıb
11-ci siniflər üzrə buraxılış imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda 58 mindən çox şagird iştirak edib, 393 nəfər imtahana gəlməyib, 12 nəfər isə qayda pozuntusuna görə xaric olunub. İmtahanda iki şagird 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Şagirdlər nəticələrini DİM-in saytından və ya 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. Apellyasiya müraciətləri aprelin 20-dən 22-dək qəbul olunacaq.
17 aprel 2026

