11-cilərin Azərbaycan dili imtahanında ikinci cəhddə iştirakı üçün qeydiyyat başlayıb
11-cilərin Azərbaycan dili imtahanında ikinci cəhddə iştirak etmək üçün qeydiyyat elan olunub. Abituriyentlər iyunun 5-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçə bilərlər. 9-cuların Azərbaycan dili imtahanına qeydiyyat isə 6 iyunda aktiv ediləcək. İmtahan iyunun 30-da keçiriləcək.
Zülfiyyə Telmanqızı