103 il əvvəl törədilən vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Birinci vitse Prezident
2021-03-31 14:00
Birinci vitse-prezident Mehriban Əliyeva 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Paylaşımda 103 il əvvəl törədilən vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayət kimi dəyərləndirilib. "İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm" - deyə birinci vitse prezident vurğulayıb.
Nərgiz Camal