102 minə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb
2026–2027-ci tədris ili üzrə I sinfə elektron qəbul prosesi davam edir.İndiyə qədər təxminən 102 min uşaq artıq birinci sinfə yerləşdirilib.Qəbul prosesi www.mektebeqebul.edu.az vasitəsilə onlayn aparılır. İnternetə çıxışı olmayan valideynlər isə ASAN xidmət mərkəzlərinə və müvafiq çağrı mərkəzlərinə müraciət edə bilirlər.Bu sistem uşaqların məktəbə qəbulu prosesini daha şəffaf və rahat şəkildə idarə etməyə imkan verir.

